Xəzər Xəbər

Ancelina Coli öz qardaşı ilə gizli sevgi yaşayırmış ŞOK İDDİA

Şou Biznes | 19:43 • 10 Aprel 2017
Ancelina Coli öz qardaşı ilə gizli sevgi yaşayırmış

Aktrisa Ancelina Coli və Bred Pitin boşanma səbəbi haqda yeni versiya yayılıb.

İlkin səbəb kimi Bredin uşaqlara, xüsusilə də Meddoksa qarşı sərt davranışı boşanmağa səbəb göstərilsə də, bu, həqiqət deyilmiş.

Məşhur cütlüyün həyatı haqda film hazırlayan Yen Qalperin onların arasına Colinin qardaşı Ceyms Heyven girib. İddiaya görə, Coli qardaşı ilə qeyri-sağlam intim münasibət (insest) yaşayır. Hətta Bred və Ancelina birgə olduğu dövrdə də Ceyms onlarla birgə yaşayırmış. Lakin B.Pitt daha sonra buna dözməyib və Colinin qarşısına şərt qoyub: ya o, ya da qardaşı... Maraqlıdır ki, aktrisa qardaşını seçib.

Media bunun həqiqətə yaxın olduğunu hesab edir. Çünki Coli və Heyven dəfələrlə kamera qarşısında dodaq-dodağa öpüşüblər.

Qeyd edək ki, Ancelina və Heyven həm ata, həm də ana tərəfdən bir-birinə doğmadırlar./axsam.az

Xəbər lenti