ABŞ-lı pop ulduz Maykl Ceksonun bacısı Canet Cekson ərindən boşanır.
Eks-müğənni qətərli milyarder əri Vissam Əl Mana ilə nikahını pozmaq qərarına gəlib.
Bir neçə ay əvvəl ana olan ifaçı həyat yoldaşının həyat tərzinə uyğunlaşa bilmir. Bu səbəbdən cütlük arasında söz-söhbətlər artmağa başlayıb.
Yayılan xəbərləri Ceksonun rəfiqəsi təsdiqləyib. O, TMZ-yə açıqlamasında onların boşanmaq üçün məhkəməyə müraciət etdiklərini söyləyib:
"Canet və Vissam ayrılmaq qərarına gəliblər. Ayrı olsalar da, oğulları Eissa üçün yaxşı ana və ata olacaqlar”.
Xatırladaq ki, müğənni bir müddət əvvəl İslamı qəbul etdiyi üçün ABŞ mediası tərəfindən tənqidlərə məruz qalmışdı./qafqazinfo.az