Şou-biznesin subay nümayəndələrindən hesab olunan müğənni Natavan Həbibinin bu il ərzində evlənəcəyi deyilirdi.
Lakin hələ də ifaçının toy etməsi haqda heç bir xəbər yoxdur. Məsələylə bağl müğənni özü danışıb:
"Bu haqda çox açıqlama verəndə elə bilirlər ki, bu, belə də olmalıdır. Mənim üçün heç kimin fikri önəmli deyil. Mənə ancaq öz ailəmin, yaxınlarımın sevdiklərimin fikri maraqlıdır. Tamaşaçıma mənim xoşbəxt olmağım gərəkdir. Kimlə, necə xoşbəxt olmağım isə mənim işimdir. Hər şeyi danışsaq, bəs mənim özümə aid nə qalacaq?!”./metbuat.az