Xəzər Xəbər

Sabirabadda ev yanıb, 5 nəfər xəsarət alıb, 2 nəfər tüstüdən zəhərlənib

Region | 09:11 • 10 Aprel 2025
Sabirabadda ev yanıb, 5 nəfər xəsarət alıb, 2 nəfər tüstüdən zəhərlənib

Sabirabadən Bala Həşimxanlı kəndində evdə yanğın olub.

Xezerxeber.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, rayonunun Bala Həşimxanlı kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 5 nəfər yanıq xəsarəti alıb, 2 nəfər tüstüdən zəhərlənib. Bitişik talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti