Yardımlıda 62 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Hadisə rayonunun ucqar Peştəsər kəndində baş verib.
Xezerxeber.az xəbər verir ki, kənd sakini, 62 yaşlı Ədalət Qasımov mal-qara otararkən təxminən 200 metr hündürlükdən, qayalıqdan yıxılıb. O, ağır bədən xəsarətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Ədalət Qasımov xəstəxanada dünyasını dəyişib.
Mərhumun meyiti daxili və xarici müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.