Ağstafada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Xezerxeber.az xəbər verir ki, hadisə rayonun Xətai kəndi ərazisində qeydə alınıb. 2004-cü il təvəllüdlü Elin Mamayevin idarə etdiyi “Mersedes” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb. Hadisə yerinə təcili yardım və FHN-in xilasedici qrupu cəlb olunub. Deformasiyaya uğramış avtomobildən meyit çıxarılaraq aidiyyəti üzrə təhvil verib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.