Xəzər Xəbər

Həmyerlilər arasında mübahisə bıçaqlanma ilə nəticələnib

Region | 13:26 • 29 Mart 2025
Həmyerlilər arasında mübahisə bıçaqlanma ilə nəticələnib

Sabirabad rayonunda həmyerliləri arasında mübahisə bıçaqlanma hadisəsi ilə nəticələnib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Xezerxeber.az-a verilən məlumata görə, martın 28-də saat 21 radələrində Sabirabad rayon sakini M.Cabbarov aralarında yaranmış mübahisə zəminində tanışı E.Ramazanova kəsici-deşici alətlə xəsarət yetirib.

M.Cabbarov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

E.Ramazanov Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilərək lazımi tibbi yardım göstərilib və həkim nəzarətinə götürülüb.

Xəbər lenti