Xəzər Xəbər

Ağsuda baş verən yol qəzasının bəzi təfərrüatı məlum olub

Region | 08:48 • 29 Mart 2025
Ağsuda baş verən yol qəzasının bəzi təfərrüatı məlum olub

Ağsuda baş verən yol qəzasının bəzi təfərrüatı məlum olub.

Xezerxeber.az xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Şamaxı-Yevlax yolunun 159-cu kilometrliyində, bir neçə avtomobilin toqquşması nəticəsində baş verib.

İlkin məlumata görə, üç minik və bir yük avtomobilinin toqquşması nəticəsində sürücü və sərnişinlər arasında 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxslərin müalicəsi Ağsu Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki Regional Qrupundan bildirilib ki, faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər lenti