Xəzər Xəbər

İmişlidə zəlzələ qeydə alınıb

Region | 15:27 • 28 Mart 2025
İmişlidə zəlzələ qeydə alınıb

Martın 28-də Saatlı stansiyasından 11 kilometr şimalda, İmişli rayonunda zəlzələ qeydə alınıb.

Xezerxeber.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla xəbər verir ki, yerli vaxtla saat 14:42-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.4-yə bərabər olub.

Ocağı 53 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Xəbər lenti