Şəki şəhərində yeniyetmələr arasında mübahisə onlardan birinin xəsarət alması ilə nəticələnib.
Xezerxeber.az DİN-in mətbuat xidmətinin Şəki regional qrupuna istinadən bildirir ki, Şəki şəhərində 16 yaşlı yeniyetmə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla həmyaşıdına daxilə nüfuz edən xəsarət yetirib.
Əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Müvafiq ekspertiza təyin olunub və araşdırmalar aparılır.