Azərbaycanda zəlzələ olub.
Xezerxeber.az xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkan Mingəçevir stansiyasından 46 km şimal-qərbdə, Samux rayonunda (Mingəçevir su anbarı) zəlzələ qeydə alınıb.
Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
17:34
Azərbaycanın Samux rayonunda 3.6 maqnitudalı zəlzələ olub.
Xezerxeber.az xəbər verir ki, bu barədə Respublika Seymoloji Xidmət Mərkəzi məlumat yayıb.
Yeraltı təkan yerli vaxtla saat 17:09-da baş verib.
Qeydə alınan zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.