Xəzər Xəbər

Gəncədə yaşayış binasında yanğın başlayıb

Region | 17:54 • 6 Mart 2025
Gəncədə yaşayış binasında yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhərində ikimərtəbəli kommunal tipli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən xezerxeber.az-a  verilən məlumata görə, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Xəbər lenti