Goranboyda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Xezerxeber.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Goranboy rayonun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Kia" markalı minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı 2 nəfər hadisə yerində ölüb.
Məlumata görə, qəza nəticəsində sürücu Zəfər Cəfərov və onun sərnişini Ceyhun Axundov həlak olublar.
Qəzada həlak olanlardan biri - Ceyhun Axundovun polis mayoru, Baş Dövlət Yol Polisi İdarəsinin müstəntiqi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.