Ötən gün axşam saatlarında Ağdaşın Qoşavovaq kəndinin ərazisində kanalda batan 14 yaşlı Vüqar Zakirlinin meyiti sudan çıxarılıb.
Xezerxeber.az xəbər verir ki, yeniyetmənin kənd ərazisindən keçən Şirvan kanalında əlini yumaq istəyərkən suya yıxılaraq boğulduğu ehtimal olunur.
Hadisədən sonra əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.