Xəzər Xəbər

Şirvan kanalının yarılan hissəsi bərpa olunub

Region | 10:30
Şirvan kanalının yarılan hissəsi bərpa olunub

Şirvan suvarma kanalının Göyçay rayonundan keçən hissəsi tam bərpa olunub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Qeyd olunub ki, Lək kəndi ərazisində torpaq qatının yarılması nəticəsində yaranan problem tam aradan qaldırılıb. Suvarma kanalında canlı qüvvə və ağır texnika vasitəsilə aparılan təmir-bərpa işləri başa çatdırılıb, təhlükəsizlik tədbirləri görülüb.

Kanal dağıntısı zamanı yaranmış problem ətraf ərazilərdə heç bir fəsad yaratmayıb.

Qeyd edək ki, ötən gecə Şirvan suvarma kanalının Göyçaydan keçən hissəsi yarılmışdı.

Xəbər lenti

Çox oxunanlar