Fövqəladə Hallar Nazirliyi (FHN) Salyanda baş verən yol qəzası barədə məlumat yayıb.
Xezerxeber.az FHN-ə istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Salyan rayonunun Xələc kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Muğan Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Renault” markalı minik avtomobili yol kənarındakı hasara çırpılıb və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.