Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının "Şəmkir" sərhəd dəstəsinə mediatur təşkil olunub.
Xezerxeber.az xəbər verir ki, mediatur zamanı DSX rəisinin müavini - Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov Komandanlığın həyata keçirdiyi əməliyyatlar barədə jurnalistlərə məlumat verib.
Daha sonra media nümayəndələri sərhəd dəstəsinə yaradılan şəraitə ilə tanış olublar.
Jurnalistlər sərhədçilərin fəaliyyəti, silah-sursat, hərbi texnika, dövlət sərhədinin mühafizəsində və müdafiəsində istifadə olunan cihazlar barədə məlumatlandırılıb.
Həmçinin, xidməti heyvanların iş prosesi ilə tanış olublar.
Qeyd edək ki, mediatur Şəmkir sərhəd dəstəsindən sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Qazax" əlahiddə sərhəd diviziyasında və Qazaxın işğaldan azdan olunan kəndlərində davam edəcək.