Xəzər Xəbər

Kənd təsərrüfatında su çatışmazlığının qarşısının alınması planı nədən ibarətdir? VİDEO

Region | 22:00 • 19 Noyabr 2024
Kənd təsərrüfatında su çatışmazlığının qarşısının alınması planı nədən ibarətdir?

"Kənd təsərrüfatı sahəsində su çatışmazlığı və iqlim dəyişikliyi məsələlərinin həlli üzrə Milli Adaptasiya Planı hazırlanır".

Xezerxeber.az-ın xəbərinə görə, bunu kənd təsərrüfati naziri Məcnun Məmmədov COP29 prezidentliyinin mətbuat konfransında söyləyib. Kənd təsərrüfatı sahəsinin ərzaq təhlükəsizliyini təmin etməklə, ölkə iqtisadiyyatının ən mühüm sektorlarından biri olduğunu vurğulayan nazir həmçinin əlavə edib ki, 2030-cu ilədək elektrik enerjisinə olan tələbatın 30 faizini bərpa olunan enerji mənbələri hesabına ödəməyi nəzərdə tuturuq. Nazir həmçinin Azərbaycanın Paris İqlim Razılaşması üzrə öhdəliklərini tam şəkildə yerinə yetirdiyini vurğulayıb.

COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev isə qeyd edib ki, metan qazının yayılmasının qarşısının alınması təşəbbüsünə 160 ölkə qoşulub . O,həmçinin əlavə edib ki, biz iqlim dəyişikliyi sayəsində dayanıqlılığı təmin etməklə xüsusilə də metan qazının yayılmasının qarşısının alınması istiqamətində bütün imkanlardan istifadə etməyə çalışırıq.

Yalçın Rəfiyev onu da əlavə edib ki, Azərbaycan ölkələrlə tərəfdaşlıq əlaqələrinin inkişafına, innovasiyaların tətbiqinə və kənd təsərrüfatının iqlim dəyişikliyi ilə mübarizədə qlobal tədbirlərin təməl daşı olaraq qalmasını təmin etməyə sadiqdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti