Yevlax rayonunda 80 yaşlı kişi dəm qazından boğulub.
Xezerxeber.az xəbər verir ki, rayon sakini 1944-cü il təvəllüdlü Hümbət Hümbətovun yaşadığı evin hamam otağından meyiti tapılıb.
Hümbət Hümbətovun dəm qazından boğularaq öldüyü bildirilib.
Faktla bağlı araşdırma aparılır.