Xəzər Xəbər

Xarici səyyahlar Şuşaya gəliblər

Region | 11:20 • 26 Oktyabr 2024
Xarici səyyahlar Şuşaya gəliblər

Belçika vətəndaşı Yves Bouvienin başçılıq etdiyi Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik geniş səyyahlar qrupu Füzulidən sonra Şuşaya gəliblər.

Xezerxeber.az xəbər verir ki, onlar bu ərazilərdə erməni işğalı zamanı törədilən vandalizm barədə məlumatlandırılır, həmçinin azad olunan ərazilərdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən quruculuq işlərinə şahidlik edirlər. Həmçinin səyyahlar Şuşada bir sıra tarixi məkanlara baş çəkəcəklər.

Dünyanın əsas beynəlxalq səyahətçilər klublarının 2020-2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzura 11 dəfə səfəri təşkil olunub. Bu səfərlərdə, ümumilikdə, 50-dən artıq ölkədən 400 nəfərdən çox məşhur beynəlxalq səyahətçi iştirak edib.

Böyük Britaniyanın “Piki Reels” klubunun bu səfəri sayca 12-cidir. Bu səfərlər işğaldan edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, eyni zamanda, aparılan nəhəng quruculuq və bərpa işlərinin nümayişi üçün müstəsna əhəmiyyət daşıyır. Heyətin üç gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməyi planlaşdırılır.

Rubrikanın digər xəbərləri

Masallıda kafe yanıb
Masallıda kafe yanıb
11:45 • 5 Yanvar 2025
Qaxda yük maşını azyaşlını vurub
Qaxda yük maşını azyaşlını vurub
12:31 • 3 Yanvar 2025
Biləsuvarda ağır qəza baş verib
Biləsuvarda ağır qəza baş verib YENİLƏNİB/FOTO
12:17 • 28 Dekabr 2024
Kürdəmirdə ağır yol qəzası baş verib
Kürdəmirdə ağır yol qəzası baş verib YENİLƏNİB/FOTO
10:47 • 28 Dekabr 2024
Beyləqanda ağır yol qəzası olub
Beyləqanda ağır yol qəzası olub
09:29 • 28 Dekabr 2024

Xəbər lenti