Xəzər Xəbər

Dünyanın 13 ölkəsini təmsil edən səyyahların Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb

Region | 10:34 • 26 Oktyabr 2024
Dünyanın 13 ölkəsini təmsil edən səyyahların Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb

Oktyabrın 26-dan Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik geniş heyətlə Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb.

Xezerxeber.az xəbər verir ki səyyahların ilk dayanacağı Qarabağın hava qapısı olan - Füzulidəki beynəlxalq hava limanı olub.

Qrupa “Piki Reels” klubunun rəhbəri, Belçika vətəndaşı Yves Bouvie başçılıq edir. Heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməyi planlaşdırır.

Qeyd edək ki, dünyanın əsas beynəlxalq səyahətçi klubları 2020-2024-cü illərdə Qarabağa və Şərqi Zəngəzura 11 dəfə səfər edib. Bu səfərlərdə ümumilikdə 50-dən artıq ölkədən 400 nəfərdən çox dünyamiqyaslı beynəlxalq səyahətçi iştirak edib.

Böyük Britaniyanın “Piki Reels” klubunun bu səfəri sayca 12-ci səfərdir. Belə səfərlər işğaldan edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, eyni zamanda, aparılan nəhəng quruculuq və bərpa işlərinin nümayişi üçün müstəsna əhəmiyyət daşıyır.

Rubrikanın digər xəbərləri

Masallıda kafe yanıb
Masallıda kafe yanıb
11:45 • 5 Yanvar 2025
Qaxda yük maşını azyaşlını vurub
Qaxda yük maşını azyaşlını vurub
12:31 • 3 Yanvar 2025
Biləsuvarda ağır qəza baş verib
Biləsuvarda ağır qəza baş verib YENİLƏNİB/FOTO
12:17 • 28 Dekabr 2024
Kürdəmirdə ağır yol qəzası baş verib
Kürdəmirdə ağır yol qəzası baş verib YENİLƏNİB/FOTO
10:47 • 28 Dekabr 2024
Beyləqanda ağır yol qəzası olub
Beyləqanda ağır yol qəzası olub
09:29 • 28 Dekabr 2024

Xəbər lenti