Xəzər Xəbər

Göygöldə ağır yol qəzası olub YENİLƏNİB/FOTO

Region | 10:13
Göygöldə ağır yol qəzası olub

Göygöl rayonunda baş verən yol qəzasında ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib.

Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan Xezerxeber.az-a bildirilib ki, Göygöl rayonunda baş verən qəzada Fariz Məhərrəmov (2006), Xəyal Rzayev (1984) və Heydər Hüseynov (2006) xəsarət alıb.

Sərnişin Ramal Qurbanzadə (2006) isə aldığı xəsarətdən dünyasını dəyişib.

08:56

Göygöl rayonunda "Opel" və "VAZ-21015" markalı iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Xezerxeber.az-ın məlumatına görə, nəqliyyat vasitələrinin toqquşması nəticəsində bir nəfər ölüb, daha dörd nəfər xəsarət alıb.

Əraziyə Dövlət Yol Polisinin əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar