Xəzər Xəbər

Gəncədə ev yanıb

Region | 08:20
Gəncədə ev yanıb

Gəncədə yanğın hadisəsi baş verib.

Xezerxeber.az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən evlərin birində qeydə alınıb. Belə ki, 120 kvadratmetr olan evlərdən birində anidən yanğın baş verib. Hadisə yerinə FHN-in Gəncə Yanğından Mühafizə bölmələrinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı evin 47 kvadratmetr sahəsi və dam örtüyü yanıb, yanğın qısa zaman ərzində söndürülüb və evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğının yaxınlıqda olan evlərə keçməsinin qarşısı alınıb. Hadisənin başvermə səbəbləri araşdırılır.

Xəbər lenti

Çox oxunanlar