Göygöl Rayon Polis Şöbəsinə Gəncə Çayının rayon ərazisindən keçən hissəsində qadın meyiti olması barədə məlumat daxil olub.
Xezerxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
Onun sözlərinə görə, polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Hələlik şəxsiyyəti müəyyən edilməyən meyit müvafiq ekspertizaya təqdim edilib.
Üzərində zorakılıq əlamətləri aşkarlanmayan meyitin kimliyinin müəyyən edilmısi istiqamətində tədbirlər davam etdirilir.
21:56
Göygöldə çaydan meyit tapılıb.
Xezerxeber.az xəbər verir ki, Gəncəçayın Göygöl rayonu ərazisindən keçən hissəsində orta yaşlı qadın meyiti aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.