Xəzər Xəbər

Gədəbəyə qar yağır FAKTİKİ HAVA

Region | 18:14 • 18 Oktyabr 2024
Gədəbəyə qar yağır

Oktyabrın 18-i saat 18:00-a olan faktiki hava açıqlanıb.

Xezerxeber.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 18-i saat 18:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi Göygöl, Şəki, Qəbələ, İsmayıllı, Şamaxı, Quba, Qusar, Qrız, Xaltan, Şabran, Şahdağ, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış, Gədəbəyin yüksək dağlıq ərazilərinə qar yağır.

Sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.

Xəbər lenti

Çox oxunanlar