Xəzər Xəbər

“Araz” SES yenidən qurulacaq

Region | 17:03 • 18 Oktyabr 2024
“Araz” SES yenidən qurulacaq

“Araz” Su Elektrik Stansiyası 1970-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilib istismara verilib. Stansiyanın ümumi generasiya gücü 22 meqavatdır. “Araz” dəryaçasının nominal su tutumu 1 milyard 250 milyon kubmetrdir, xüsusi hallarda qısa müddətdə 1 milyard 320 milyon kubmetrə qədər su yığıla bilər.

Xezerxeber.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəis müavini Tural Murtuzəliyev söyləyib.

O deyib ki, stansiya yarım əsrdən çoxdur fəaliyyət göstərir və hazırkı dövrdə də Naxçıvanın elektrik enerjisi ilə təminatında mühüm rol oynayır.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na görə “Araz” SES yenidən qurulacaq. Hazırda SES-in yenidən qurulmasının layihələndirilməsi üçün tender elan olunub. Yaxın gələcəkdə bu stansiya yenidən qurulacaq”, - deyə o əlavə edib.

Xəbər lenti

Çox oxunanlar