Xəzər Xəbər

ANAMA: Minalarla yüksək çirklənmiş 250 hektar ərazi var

Region | 13:38
ANAMA: Minalarla yüksək çirklənmiş 250 hektar ərazi var

Mina əleyhinə fəaliyyət çox genişdir, burada zərərçəkənlərlə iş də var.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsinin müzakirəsində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov deyib.

O bildirib ki, keyfiyyət nəzarəti ilə bağlı məsələlər mərkəzi icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək: “Azad olunmuş ərazilərdə minalanma çox nizamsız şəraitdə aparılıb. Ona görə orada minalarla çirklənmənin qiymətləndirilməsi mümkün deyil. Yüksək çirklənmə ərazilərini biz çəpərləyirik, burada 250 hektar ərazidən söhbət gedir".

Xəbər lenti

Çox oxunanlar