Xəzər Xəbər

Azad olunmuş ərazilərin bərpası üçün xərclənən vəsait məlum olub

Region | 12:28
Azad olunmuş ərazilərin bərpası üçün xərclənən vəsait məlum olub

2024-cü ilin doqquz ayı ərzində sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə dövlət xəzinədarlıq orqanlarına təqdim edilmiş xərc sifarişlərinin maliyyələşdirilməsi ilə dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə illik nəzərdə tutulmuş 4 milyard 855,8 milyon manat vəsaitin 64,6 faizi və ya 3 milyard 137,6 milyon manatı sifarişçi təşkilatlar tərəfindən istifadə olunub.

Xezerxeber.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin isə 61,4 faizi və ya 1 milyard 728,9 milyon manatı istifadə olunub.

Xəbər lenti

Çox oxunanlar