Xəzər Xəbər

Liseyin 5 əməkdaşı yol qəzasına düşüb

Region | 11:24
Liseyin 5 əməkdaşı yol qəzasına düşüb

Oktyabrın 16-sı səhər saatlarında Bakı-Quba Rusiya Federasiyası sərhədi avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı avtomobilin qəzaya uğraması nəticəsində Xaçmaz Peşə Liseyinin beş əməkdaşı yaralanıb.

Hadisə zamanı xəsarət alan yaralılar Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar