Xəzər Xəbər

Əvvəlcə arvadını bıçaqladı, sonra özünə xəsarət yetirdi

Region | 10:38
Əvvəlcə arvadını bıçaqladı, sonra özünə xəsarət yetirdi

Bərdədə bıçaqlanma hadisəsi baş verib.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Xezerxeber.az-a verilən məlumata görə, 46 yaşlı Gülnar Qasımova həyat yoldaşı Ayaz Qasımov tərəfindən bıçaqlanıb. 

Hadisədən sonra Ayaz Qasımov özünə xəsarət yetirib. Hər iki şəxs Bərdə Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə ailə münaqişəsi zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar