Xəzər Xəbər

Şəmkirdə yetkinlik yaşına çatmayan şəxs öldürülüb, cinayət işi başlanılıb

Region | 09:22 • 2 Oktyabr 2024
Şəmkirdə yetkinlik yaşına çatmayan şəxs öldürülüb, cinayət işi başlanılıb

Oktyabrın 1-i Şəmkir rayon sakini yetkinlik yaşına çatmayan C.V-nin (şərti) ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Şəmkir Rayon Prokurorluğundan Xezerxeber.az-a verilən məlumata görə, araşdırmalarla yetkinlik yaşına çatmayan S.B-nin (şərti) rayonun Mahmudlu kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək C.V-ni (şərti) qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, S.B (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Rubrikanın digər xəbərləri

Biləsuvarda ağır qəza baş verib
Biləsuvarda ağır qəza baş verib YENİLƏNİB/FOTO
12:17 • 28 Dekabr 2024
Kürdəmirdə ağır yol qəzası baş verib
Kürdəmirdə ağır yol qəzası baş verib YENİLƏNİB/FOTO
10:47 • 28 Dekabr 2024
Beyləqanda ağır yol qəzası olub
Beyləqanda ağır yol qəzası olub
09:29 • 28 Dekabr 2024
Kürdə bir nəfər batıb
Kürdə bir nəfər batıb
14:37 • 24 Dekabr 2024
Neftçalada maşın yanıb
Neftçalada maşın yanıb
09:38 • 24 Dekabr 2024

Xəbər lenti

Çox oxunanlar