Xəzər Xəbər

İmişlidə avtomobil aşıb, ölən xəsarət alanlar var

Region | 09:10 • 26 Sentyabr 2024
İmişlidə avtomobil aşıb, ölən xəsarət alanlar var

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

Xezerxeber.az xəbər verir ki, hadisə axşam saatlarında Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu, Allahmədətli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Quliyev Fədaət İbadət oğlunun idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb. Hadisə zamanı Quliyeva Yeganə Ağabəy qızı ölüb, xəsarət alan Hüseynov Fuad Fikrət oğlu, Quliyeva Leyla Aslan qızı isə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar