Xəzər Xəbər

Biləsuvarda toy karvanı qəzaya uğrayıb, 5 nəfər həlak olub

Region | 15:40
Biləsuvarda toy karvanı qəzaya uğrayıb, 5 nəfər həlak olub

Biləsuvar rayonunda toy karvanı zamanı ağır yol qəzası baş verib.

Xezerxeber.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun rayonun Çaylı kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, hadisə nəticəsində 4 nəfər ölüb, bir nəfər yaralanıb. 

Xəsarət alan şəxslər rayon xəstəxanasına çatdırılıb. Həmin şəxsin xəstəxanada öldüyü bildirilir.

İlkin məlumata görə, qəzada ölənlər Cəlilabadad rayon sakinləridir. Onlar toy karvanında Ağcabədidən gəlin gətirirmişlər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar