Xəzər Xəbər

Beyləqanda məktəblinin döyülməsi araşdırılır

Region | 12:55 • 23 Sentyabr 2024
Beyləqanda məktəblinin döyülməsi araşdırılır

Beyləqanda məktəblinin döyülməsi ilə bağlı araşdırma aparılır.

Xezerxeber.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qeyd edilib ki, Beyləqan RPŞ-də müvafiq ekspertiza təyin olunmaqla təhqiqat araşdırması aparılır: "Araşdırmanın nəticəsindən asılı olaraq əməli hüquqi qiymət veriləcək".

Qeyd edək ki, Beyləqan rayonunun I Şahsevən kəndində Əli Rüstəmov adına 2 nömrəli tam orta məktəbdə şagirdlər arasında mübahisə baş verib. Məktəbin IX sinif şagirdi M.H. sinif yoldaşı Y.İ.nin atası tərəfindən döyülüb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti