Xəzər Xəbər

Kürdəmirdə mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var FOTO

Region | 17:34
Kürdəmirdə mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var

Kürdəmirdə 7 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Xezerxeber.az xəbər verir ki, qəza günorta saatlarında Bakı-Qazax avtomobil yolunun Kürdəmirin Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində maşınlarda olan 6 nəfər Göyçay, 1 nəfər Kürdəmir sakini olmaqla, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisənin başvermə səbəbi və təfərrüatları araşdırmaların sonunda bəlli olacaq.

Xəbər lenti

Çox oxunanlar