Xəzər Xəbər

Biləsuvarda yol qəzası baş verib, 4 nəfər xəsarət alıb YENİLƏNİB

Region | 15:42 • 18 Sentyabr 2024
Biləsuvarda yol qəzası baş verib, 4 nəfər xəsarət alıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Xezerxeber.az-a bildirilib ki, yol-nəqliyyat hadisəsi saat 13 radələrində Bəhrəmtəpə-Biləsuvar yolunun Ağayrı kəndindən keçən hissəsində baş verib. R.Hümmətovun idarə etdiyi "Hyundai" markalı minik avtomobili ilə Ə.Abıyevin idarə etdiyi "Belarus" markalı traktor toqquşub. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü və minik maşınında olan 2 sərnişin xəsarət alıb.

Araşdırma aparılır.

15:27

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az verir ki, hadisə Biləsuvar rayonunun Ağayrı kəndi ərazisində baş verib. “Hyundai” markalı minik avtomobili ilə traktor toqquşub.

Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar