Xəzər Xəbər

Məktəbli şagird yoldaşını bıçaqlayıb

Region | 14:12 • 16 Sentyabr 2024
Məktəbli şagird yoldaşını bıçaqlayıb

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

Xezerxeber.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinə 2007-ci il təvəllüdlü A. Həsənəliyevin ayaq nahiyəsinin kəsici-deşici alətlə daxilə keçməyən xəsarət alması barədə məlumat daxil olub.

"Araşdırmalar zamanı hadisəni 2007-ci il təvəllüdlü R. Musayevin törətməsi məlum olub. Faktla bağlı araşdırmalar davam etdirilir", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, hadisəni törədən R. Musayev məktəbli olub.

Xəbər lenti