Xəzər Xəbər

Ələt-Astara-İran yolunda hərəkət məhdudlaşdırılacaq

Region | 11:49 • 6 Sentyabr 2024
Ələt-Astara-İran yolunda hərəkət məhdudlaşdırılacaq

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunda hərəkətin məhdudlaşdırılacağı ilə bağlı xəbərdarlıq edib.

BDYPİ-dən Xezerxeber.az-a verilən məlumatda bildirilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən, Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun 11,3-cü kilometrində elektron tərəzi sisteminin quraşdırılması ilə əlaqədar bu gündən başlayaraq təqribən 2 ay müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

BDYPİ hərəkətin təşkilində ediləcək dəyişiklikləri nəzərə alaraq, sürücülərdən yolun sözügedən hissəsində daha diqqətli olmağı, müvəqqəti yol nişanlarının tələblərinə qeyri-şərtsiz əməl etməyi, özlərinin, digər hərəkət iştirakçılarının və tikinti briqadalarında çalışanların həyat və sağlamlığı üçün təhlükə yaradan hərəkətlərdən çəkinməyi xahiş edir.

Xəbər lenti

Çox oxunanlar