Xəzər Xəbər

104 yaşlı Alya nənə səs verib FOTO

Region | 15:25 • 1 Sentyabr 2024
104 yaşlı Alya nənə səs verib

41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsinin dairə seçki komissiyasının 43 saylı məntəqəsində daşınan qutu vasitəsilə 9 nəfər səs vermədə iştirak edib.

Xezerxeber.az xəbər verir ki, onlar arasında ən yaşlı seçici Goranboy rayonunun Düzqışlaq kənd sakinidir. 1920-ci il təvəllüdlü Alya Musayeva üçün daşınan qutu məntəqə üzvü tərəfindən onun yaşadığı evə gətirilib. O, istədiyi namizədə səs verib.

Bununla da Alya nənənin səsvermə hüququndan evdə istifadə etməsi təmin olunub.

Xəbər lenti

Çox oxunanlar