Xəzər Xəbər

Kəlbəcərdə ağır yol qəzası baş verib YENİLƏNİB

Region | 11:25 • 1 Sentyabr 2024
Kəlbəcərdə ağır yol qəzası baş verib

Sentyabrın 1-i səhər saat 5 radələrində Kəlbəcər rayon polis şöbəsinə rayonun Vəng kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub.

Xezerxeber.az-ın məlumatına görə, DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, polis əməkdaşları sözügedən ünvana gələrək müvafiq tədbirlər həyata keçiriblər.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, R. İsmayılovun idarə etdiyi “VAZ-21099” markalı avtomobilin aşması nəticəsində 1979-cu il təvəllüdlü, Bakı şəhər sakini Rəsul Quliyev hadisə nəticəsində ölüb, digər sərnişin Mübarək Nəcəfov müxtəlif bədən xəsarətləri alıb. Faktla bağlı araşdırmalar davam etdirilir. 

10:18

Kəlbəcərdə ölümlə nəticələnən yol qəzası baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Vəng kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 21099” markalı mınik maşını idarəetmədən çıxaraq aşıb. Vəng kəndində tikinti şirkətlərindən birində çalışan sürücü, 1979-cu il təvəllüdlü Rəsul Quliyev hadisə nəticəsində ölüb.

Avtomobildə olan sərnişin M. Nəcəfov müxtəlif bədən xəsarətləri alıb.

Hadisə yerinə Kəlbcər rayon polis şöbəsinin əməkdaşları cəlb olunub, araşdırma aparılır.

 

Xəbər lenti