Xəzər Xəbər

Göyçayda qətl hadisəsi törədilib YENİLƏNİB

Region | 09:41 • 15 Avqust 2024
Göyçayda qətl hadisəsi törədilib

Avqustun 15-də saat 04 radələrində Göyçay rayonu ərazisində 1998-ci il təvəllüdlü Hüseyn Feyzullayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Göyçay Rayon Prokurorluğunun məlumatında bildirilib.

Qeyd edilib ki, araşdırmalarla 2007-ci il təvəllüdlü Səid Bayramlının aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirərək Hüseyn Feyzullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Səid Bayramlı iş üzrə şübhəli şəxs qismində tutulub.

08:44

Avqustun 15-də saat 03 radələrində Göyçay şəhərində 1998-ci il təvəllüdlü Feyzullayev Hüseyn Famil oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Xezerxeber.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü şəxs saxlanılıb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Xəbər lenti

MSK daha 20 müraciətə baxacaq
17:00 • 12 Sentyabr 2024