Xəzər Xəbər

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb YENİLƏNİB

Region | 16:14 • 14 Avqust 2024
Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Cəlilabad rayonu, Moranlı kəndində vətəndaşların dərinliyi təxminən 15 metr olan su quyusuna düşməsi barədə məlumat daxil olub.

Xezerxeber.az bildirir ki, bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Cənub Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1981-ci il təvəllüdlü Məmmədov Həsənağa Təvəkkül oğlu və 2004-cü il təvəllüdlü Məmmədova Nəsibə Həsənağa qızının meyitləri quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

16:00

Cəlilabad rayonunda ata və qızı su quyusuna düşüb.

Xezerxeber.az xəbər verir ki, hadisə rayonun Moranlı kəndində qeydə alınıb.

Rayon sakini Həsənağa Məmmədov və onun 20 yaşlı qızı Nəsibə Məmmədova su quyusuna düşüb. 

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunublar.

Xəbər lenti

MSK daha 20 müraciətə baxacaq
17:00 • 12 Sentyabr 2024