Xəzər Xəbər

Tovuzda iki ay əvvəl Kürdə batan iki nəfərdən birinin meyiti tapılıb

Region | 15:48 • 14 Avqust 2024
Tovuzda iki ay əvvəl Kürdə batan iki nəfərdən birinin meyiti tapılıb

İyunun 2-də Tovuz rayonunun Hunanlar kəndi ərazisində avtomobilin Kür çayına düşməsi nəticəsində batdığı ehtimal olunan 2 nəfərdən birinin meyiti avtomobilin çaya düşdüyü yerdən 3 km məsafədə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb. 

Hazırda batdığı ehtimal olunan digər şəxsin axtarışları intensiv şəkildə davam etdirilir.

Qeyd edək ki, iyunun 2-də hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili Kür çayına aşıb. Bu zaman sürücü 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov batıb. 1992-ci il təvəllüdlü Turqut İbrahimov xilas olub.

Xəbər lenti