Xəzər Xəbər

Qəbələdə ağır yol qəzası baş verib FOTO

Region | 11:38 • 14 Avqust 2024
Qəbələdə ağır yol qəzası baş verib

Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az xəbər verir ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Nohurqışlaq kəndi ərazisindən keçən hissəsində sürücü Əhməd Rəsulzadənin idarə etdiyi BMW markalı avtomobil hərəkətdə olarkən yoldan çıxaraq ağaca çırpılıb.

Qəzanın təsirindən avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadasının köməyi ilə Əhməd Rəsulzadə xəstəxanaya çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata əsasən, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı təhqiqat aparılır.

Xəbər lenti

Çox oxunanlar