Xəzər Xəbər

Dünən Gəncə və Göygöldə zəhərlənənlərin vəziyyəti açıqlanıb

Region | 12:11 • 12 Avqust 2024
Dünən Gəncə və Göygöldə zəhərlənənlərin vəziyyəti açıqlanıb

Gəncə Şəhər Mərkəzi Xəstəxanasına qida zəhərlənməsi şübhəsilə müraciət edən hər bir şəxsə zəruri tibbi xidmət göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Xezerxeber.az bildirir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Göygöl Rayon Mərkəzi Xəstəxanasına isə 3 fərqli ərazidən qida zəhərlənməsi şübhəsi ilə daxil olan şəxslərdən isə 37 nəfərə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıb. Hazırda 3-ü uşaq olmaqla 15 nəfərin müalicəsi davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar