Xəzər Xəbər

Yevlaxda kişi arvadına küt alətlə xəsarət yetirib

Region | 12:01 • 12 Avqust 2024
Yevlaxda kişi arvadına küt alətlə xəsarət yetirib

Bu gün saat 11 radələrində Yevlax rayonu ərazisində 1987-ci il təvəllüdlü Sevinc Rəsulovaya küt alətlə ağır bədən xəsarətləri yetirilməsi barədə polisə məlumat daxil olub.

Xezerxeber.az bildirir ki, bu barədə DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinin qadının əri 1985-ci il təvəllüdlü Şərəvəddin Rəsulov saxlanılıb. S.Rəsulova aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar