Xəzər Xəbər

Göygöldə restoranda kütləvi zəhərlənmə olub YENİLƏNİB

Region | 18:33 • 11 Avqust 2024
Göygöldə restoranda kütləvi zəhərlənmə olub

Göygöldə zəhərlənmə hadisəsi baş verib.

Hadisə rayonun Toğanalı kəndindəki restoranların birində qeydə alınıb.

Hadisə yerinə Göygöl Polis Şöbəsinin və Təcili Tibbi Yardım briqadasının əməkdaşları cəlb olunub. 20 nəfərin zəhərləndiyi bildirilir. 

Məlumata görə, Gəncə şəhərindən də hadisə yerinə Təcili Tibbi Yardım briqadaları yollanıb.

Zəhərlənmənin vətəndaşların özləri ilə restorana gətirdiyi qidaların səbəb olduğu ehtimal edilir.

18:08

Göygöldə zəhərlənmə hadisəsi baş verib.

Xezerxeber.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayondakı restoranların birində qeydə alınıb.

Belə ki, restoranda bir neçə nəfər zəhərlənib. Əraziyə təcilli tibbi yardım briqadaları cəlb olunub.

Xəbər lenti