Xəzər Xəbər

Beyləqanda ağır yol qəzası baş verib, ölən və yaralılar var

Region | 11:13 • 11 Avqust 2024
Beyləqanda ağır yol qəzası baş verib, ölən və yaralılar var

Beyləqan rayonu ərazisində ağır yol qəzası baş verib.

İki minik maşınlarının toqquşması nəticəsində ölən və xəsarət alanlar olub.

Xezerxeber.az xəbər verir ki, hadisə saat 8 radələrində Beyləqan-Daşburun avtomobil yolunda qeydə alınıb. Qəza nəticəsində Xankişiyev Qabil Dədəkişi oğlu ölüb, xəsarət alanlar Kərimov İmamqulu Əsəd oğlu, Quliyev Ağa Təvəkkül oğlu, Hüseynov Şəhriyar İman oğlu, Fərzəliyev Elvin Salman oğlu Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar