Xəzər Xəbər

Zərdabda ağır yol qəzası baş verib

Region | 09:16 • 10 Avqust 2024
Zərdabda ağır yol qəzası baş verib

Avqustun 9-u saat 23 radələrində Ağcəbədi rayon sakini Niyaməddin Quliyev idarə etdiyi "VGV U75 Plus" markalı avtomobillə Kürdəmir-Zərdab yolu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan Xezerxeber.az-a bildirib ki, hadisə nəticəsində nəqliyyat vasitəsində olan iki nəfər ölüb, sürücü və digər 6 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Zərdab RPŞ-də araşdırmalar aparılır.

Xəbər lenti

Çox oxunanlar