Xəzər Xəbər

Sabah Laçının qaz təchizatında fasilə yaranacaq

Region | 23:07 • 7 Avqust 2024
Sabah Laçının qaz təchizatında fasilə yaranacaq

"Azəriqaz" İstehsalat Birliyi (İB) Laçın sakinlərinə müraciət edib.

"Azəriqaz"dan Xezerxeber.az-a bildirilib ki, yenidən qurulan “Şuşa-Laçın” avtomobil yolunun tikinti sahəsinə düşən “Qaz İxrac” İdarəsinə məxsus “Yevlax-Naxçıvan” yüksəktəzyiqli magistral qaz kəmərinin əsas və lupinq xətləri ilə kəsişməsində yeni çəkilmiş qaz kəmərinin qaz nəqli sisteminə birləşdirilməsi ilə bağlı avqustun 8-i saat 10:00-dan işlər başa çatanadək “Laçın” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir müddətində Laçın şəhərinin və rayonun Zabux qəsəbəsinin qaz təchizatının müvəqqəti məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra təchizatın bərpası planlaşdırılır.

Xəbər lenti

Çox oxunanlar